Mətbuat Şurasında iclas:


Digərləri 01 Mar 2019 18:44:00 295 0

Mətbuat Şurasında iclas:

Bu gün Azərbaycan Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı mübarizə və  Apellyasiya Komissiyalarının birgə iclası keçirilib.

Son.az xəbər verir ki, iclasda Şuranın Şikayətlər üzrə Komissiyasının "Təzadlar" qəzeti ilə bağlı "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasına ünvanladığı təqdimat ətrafında müzakirə aparılıb.

Müzakirə zamanı bildirilib ki, "Təzadlar"ın fəaliyyətində "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın prinsiplərinin pozulması halları davamlı hal almaqdadır. Qəzetin adı vaxtilə Şuranın "qara siyahı"sında yer alıb. MŞ-nin "Reket nəşrlər"in müəyyənləşdirilməsinə dair Təlimatında göstərilir ki, adı "qara siyahı"dan çıxarılmış kütləvi informasiya vasitəsi bundan nəticə çıxarmadığı halda onun adı yenidən həmin siyahıya qaytarıla bilər. Sözügedən nəşr barədə Azərbaycan Mətbuat Şurasına son bir il ərzində intensiv müraciətlər daxil olub, həmçinin qəzet Şuranın Şikayətlər üzrə Komissiyasının tövsiyələrinə əhəmiyyətsiz yanaşıb. Buna görə də təklif edilib ki, "Təzadlar" qəzetinin adı yenidən Şuranın "qara siyahı"sına daxil edilsin.


Xəbərə aid fotolar