Turizm şirkətləri Milli parklarla işləməyə maraq göstərmirlər


Digərləri 01 Mar 2019 18:24:00 344 0

Turizm şirkətləri Milli parklarla işləməyə maraq göstərmirlər

Azərbaycanda turizm şirkətləri Milli Parklarla işləməyə maraq göstərmirlər.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Departamentinin direktoru Hikmət Əlizadə deyib.

Bunu şirkətlərin kommersiya maraqları ilə izah edən nazirlik rəsmisinin sözlərinə görə, Azərbaycanda turistlərin ən çox maraq göstərdiyi Milli Park Göygöl Milli Parkıdır. Göygöl Milli Parkı yeni açıldığı zaman - bir turizm mövsümü ərzində həmin parkı 180-200 min nəfər ziyarət edib:

"Ancaq digər Milli parkların da imkanları Göygöl Milli Parkından geri qalmır. Son bir il ərzində bununla bağlı apardığımız təbliğat işlərinin müəyyən səmərəsi olub".