“Lənkəranski”nin ən yaxın adamı narkotikdən öldü


Kriminal 01 Mar 2019 18:19:00 350 0

“Lənkəranski”nin ən yaxın adamı narkotikdən öldü

Məşhur "qanuni oğru", "Cemo Tbilliskiy" ləqəbli, gürcü əsilli Cemal Mikeladze fevralın 28-də İtaliyada vəfat edib.

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, 43 yaşlı "vor-zakon" yüksək miqdarda kokain qəbulundan ölüb. 

Məlumata görə, "Cemo" kimi atası, "Arsen" ləqəbli Cemal Mikeladze də kriminal avtoritet olub. O, 1993-cü ildə öldürülüb. "Cemo"nun qardaşı Mamuka isə iki ay öncə Moskvada qətlə yetirilib.


Xəbərə aid foto