Rusiyada silsilə terror hazırlayan şəbəkə ələ keçdi


Digərləri 01 Mar 2019 18:09:00 333 0

Rusiyada silsilə terror hazırlayan şəbəkə ələ keçdi

Rusiyanın DİN və Federal Təhlükəsizlik Xidməti əməkdaşları Xantı-Mansiysk muxtar dairəsində silsilə terror hücumları planlaşdıran terrorçu şəbəkənin üzvlərini saxlayıblar.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə TASS Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volka istinadən məlumat yayıb.

Volkun sözlərinə görə, saxlanılan şəxslər beynəlxalq terrorçu təşkilatların ideologiyalarına biət edib, həmçinin, Şimali Qafqaz bölgəsində fəaliyyətdə olan quldurlarla sıx əlaqələri olub.