Bu bazar Milli parklara giriş pulsuz olacaq FOTO


Digərləri 01 Mar 2019 17:04:00 437 0

Bu bazar Milli parklara giriş pulsuz olacaq  FOTO

3 mart - Vəhşi Təbiətin Mühafizəsi Günü ilə əlaqədar Azərbaycanın milli parklarında martın 3-də "Açıq qapı" günü keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

O bildirib ki, həmin gün bütün milli parklarda ziyarətçilər giriş haqqından azad ediləcək: "Açıq qapı" günü səhər saat 09:00-dan saat 18:00-dək davam edəcək. Məqsəd ölkənin milli parklarının turizm potensialını turistlərə göstərmək, onların iştirakı və bilavasitə köməyi ilə xüsusi mühafizə olunan təbiət ərazilərini geniş təbliğ etməkdir".


Xəbərə aid foto