Martın 10da ov mövsümü başa çatacaq


Digərləri 01 Mar 2019 16:49:00 320 0

Martın 10da ov mövsümü başa çatacaq

Bu il martın 10-da Azərbaycanda 2018-2019-cu il üzrə ov mövsümü başa çatacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Departamentinin direktoru Hikmət Əlizadə deyib.

O qeyd edib ki, 2018-2019-cu il üzrə ov mövsümünün 2018-ci il mayın 26-da elan olunub.

H.Əlizadənin sözlərinə görə, bu ilki ov mövsümü üzrə ov limiti artıq bitmək üzrədir. Nazirlik rəsmisi hazırda su-bataqlıq quşlarının ov dövrünün olduğunu da söyləyib.