Qonşusunu görüşə çağırdı, 20 il əvvəlin “namus” qisasını aldı


Digərləri 01 Mar 2019 16:34:00 320 0

Qonşusunu görüşə çağırdı, 20 il əvvəlin “namus” qisasını aldı

Şabran rayonunda namus üstündə qətl törətməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Ağayəhya Abbasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Cavid Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası martın 6-na təyin olunub.

İttihama görə, ötən il iyulun 9-da Şabran rayon sakini Ağayəhya Abbasov həmyerlisi, 1970-ci il təvəllüdlü Rəşid Əhmədova ürək nahiyəsindən 2 dəfə bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Qətl hadisəsinin baş vermə səbəbi ilkin olaraq şəxsi münaqişə olub.