İlk peşəixtisas təhsili müəssisələrində buraxılış imtahanlarının


Digərləri 01 Mar 2019 15:51:00 310 0

İlk peşəixtisas təhsili müəssisələrində buraxılış imtahanlarının

Fevralın 17-də ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlər üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən Son.az-a verilən məlumata görə, imtahan nəticələri martın 1-də saat 15:05-dən etibarən DİM-in rəsmi internet səhifəsində yerləşdirilib.

Şagirdlər iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. İştirakçılar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.