Ekoturizm konsepsiyası hazırlanacaq


Digərləri 01 Mar 2019 15:47:00 350 0

Ekoturizm konsepsiyası hazırlanacaq

Azərbaycanda iki ay ərzində ekoturizm konsepsiyası hazırlanacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Departamentinin direktoru Hikmət Əlizadə deyib.

H.Əlizadə xarici ekspertlərlə birlikdə bu istiqamətdə işlər aparıldığını qeyd edib:

"Dövlət Turizm Agentliyinin dəvəti ilə bu yaxınlarda ölkəmizə gələn xarici ekspert milli parklarımızla tanış olub. O, parklarımızı çox bəyənib. Apreldə isə Çexiyadan ekspert gələcək. O, bizə milli parklarda nişanlama işlərinin aparılmasına yardım edəcək".