Fatih Terim Galatasaray-ın prezidenti olacaq


İdman 01 Mar 2019 15:42:00 412 0

Fatih Terim Galatasaray-ın prezidenti olacaq

Galatasaray-ın baş məşqçisi Fatih Terim dünən sonuncu dəfə müqavilə imzalayıb.

Goal.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "cim-bom"la sözləşmə müddətini 2024-cü ilə qədər uzadan təcrübəli mütəxəssis həmin tarixdən sonra karyerasını bitirəcək.

Ancaq 66 yaşlı çalışdırıcının sevimli komandasından ayrılmaq fikri yoxdu. Belə ki, o, məhz 2024-cü ildən etibarən rəhbər vəzifədə çalışmaq üçün hərəkətə keçəcək. Terimin müqavilə müddəti bitər-bitməz Galarasaray-da prezident seçkiləri olacaq. O da həmin seçkilərdə namizədliyini irəli sürmək niyyətindədi.

Hər şey planlaşdırılan məcrada getsə, Fatih Terim 70 yaşında "sarı-qırmızılılar"ın prezidenti seçiləcək.