Azərbaycanın ən yaşlı sakini uzunömürlüyün sirrini açıqladı


Digərləri 01 Mar 2019 15:29:00 283 0

Azərbaycanın ən yaşlı sakini uzunömürlüyün sirrini açıqladı

Azərbaycan Milli Elmlər Akademiyası ölkənin ən yaşlı sakininin adını açıqlayıb. Akademiyanın Fiziologiya İnstitutunun apardığı tədqiqatlar nəticəsində müəyyən olunub ki, hazırda Azərbaycanın ən yaşlı adamı 103 yaşlı Lənkəran sakini Mirzadə Cabbarovadır.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Lənkəranın Sütamurdov kənd sakini Mirzadə nənənin yaşı çox olsa da səhhəti normaldır.

Onun beş övladı, 10 nəvəsi, 20-dən çox nəticəsi  var. Ölkənin ən yaşlı sakini ev işləri ilə özünün məşğul olduğunu, heç vaxt ağır xəstələnmədiyini bildirir.

Mirzadə Cabbarova deyir ki, onun valideynləri də uzun ömür sürüblər.

Əslən Masallı rayonu  Sığdaş kəndindən olan Mirzadə Cabbarova  uzunömürlülüyün səbəbini zəhmətsevər həyat tərzi və düzgün qidalanmaqda görür.

Onun sözlərinə görə, 15 yaşından 70 yaşına kimi kolxoz-sovxoz təsərrüfatında əmək fəaliyyəti göstərib.