Bakıda marşrut avtobuslarında cibgirlik edən şəxs tutuldu


Digərləri 01 Mar 2019 15:28:00 272 0

Bakıda marşrut avtobuslarında cibgirlik edən şəxs tutuldu

İctimai nəqliyyatda cibgirlik etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən tutulub.

Bakı. İctimai nəqliyyatda cibgirlik etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən tutulub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan müraciətlər əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində marşrut avtobuslarında əsasən qadınların çantalarından pul, sənəd, bankomat kartları və mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.