Əməkdar artisti şantaj edirlər


Şou-biznes 01 Mar 2019 15:14:00 298 0

Əməkdar artisti şantaj edirlər

Əməkdar artist Məlahət Abbasova bir xanım tərəfindən şantaj edilir.

Son.az axşam.az-a istinadən bildirir ki, Türkiyədə ya.ayan aktrisa özü bu haqda xəbər yayıb. O bildirib ki, İnstaqramda "melomaniya" adı ilə profil açan bir xanım hər gün ona təhqirlər yazır:

"Bütün yaradıcılığım boyunca uzun illərdir uzaqda da olsam, Azərbaycan əsərlərinin, teatrının tanıtılması üçün əlimdən nə gəlirsə edirəm. Bu, əxlaqsız kimdirsə, Azərbaycan qadınının ləyaqətini, namusunu, əxlaqını heçə sayaraq günlərdir mənə əxlaqsız mesajlar göndərir. Məni döydürməklə təhdid edir.