Bu bazar Milli parklara giriş pulsuz olacaq


Digərləri 01 Mar 2019 15:18:41 334 0

Bu bazar Milli parklara giriş pulsuz olacaq

Bu bazar Milli parklara giriş pulsuz olacaq.

Bakı. İlhamə İsabalayeva - 3 mart - Vəhşi Təbiətin Mühafizəsi Günü ilə əlaqədar Azərbaycanın milli parklarında martın 3-də “Açıq qapı” günü keçiriləcək. Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib. O bildirib ki, həmin gün bütün milli parklarda ziyarətçilər giriş haqqından azad ediləcək: “Açıq qapı” günü səhər saat 09:00-dan saat 18:00-dək davam edəcək. Məqsəd ölkənin milli parklarının turizm potensialını turistlərə göstərmək, onların iştirakı və bilavasitə köməyi ilə xüsusi mühafizə olunan təbiət ərazilərini geniş təbliğ etməkdir".