“Kara Murat” Çağatayın serialında rol alacaq?


Digərləri 01 Mar 2019 14:34:00 292 0

“Kara Murat” Çağatayın serialında rol alacaq?

"The Protector" serialının ikinci mövsümünün tanıtım çarxında yer alan Cüneyt Arkın məsələ ilə bağlı açıqlama yayıb.

Son.az axşam.az-a istinadən bildirir ki, o, ikinci mövsümdə yer almayacağını bildirib.

"Haqqımda serialın növbəti mövsümündə çəkiləcəyim barədə çıxan xəbərlər yalandır. Sadəcə tanıtım çarxında yer almışam. Əgər təklif gələrsə, dəyərləndirəcəyəm" deyə, aktyor yazıb.