“1 kibrit qutusunu 60 manata satdım”


Kriminal 01 Mar 2019 14:39:00 357 0

“1 kibrit qutusunu 60 manata satdım”

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən 3 şəxs saxlanılıb.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, araşdırmalarla onların şəhər sakini Mirzam Zamanov, əvvəllər məhkum olunmuş Şirvanlı və Quxur-oba kənd sakinləri Xaliddin Səfibəyov və Rövşən Sədullayev olduqları müəyyən edilib.

Saxlanılan zaman hər üç şəxsin üzərindən satış üçün hazırlanmış kağız bükümlərdə və kibrit qutusunda narkotik maddələr olan marixuana aşkar olunub.

Ümid Xankişiyev - Müstəntiq: "Saxlanılan şəxslərin qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olub. Məlumatın yoxlanılması zamanı Mirzam Zamanov, Xaliddin Səfibəyov və Rövşən Sədullayevdən qanunsuz olaraq satış məqsədi ilə saxladıqları ümumi şəkisi, 37q qurudulmuş marixuana aşkar edilərək götürülüb".

Dindirilmə zamanı həmin şəxslər cinayət əməllərini etiraf edərək illərdir narkotik satışı ilə məşğul olduqlarını bildiriblər.


Xəbərə aid fotolar