“Vor zakon”lar kütləvi şəkildə Rusiyadan qaçmağa hazırlaşır


Dünya 01 Mar 2019 14:14:00 298 0

“Vor zakon”lar kütləvi şəkildə Rusiyadan qaçmağa hazırlaşır

Rusiyalı kriminal avtoritetlər kütləvi şəkildə ölkəni tərk etməyə və özlərinin kriminal "briqadalarını" kənardan idarə etməyə hazırlaşır.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bunun səbəbi Rusiyada prezident Vladimir Putin tərəfindən Dövlət Dumasına təqdim edilən və artıq birinci oxunuşdan keçən qanun layihəsidir. Qanun layihəsinə əsasən kriminal iyerarxiyanın rəhbərliyinə daxil olmaq, yəni "vor zakon" titulu daşımaq avtomatik olaraq cinayət məsuliyyəti yaradır və belələrini 15 ilə qədər həbs gözləyir.

"Rosbalt" yazır ki, artıq bu cür qanqsterlərin yarıdan çoxu öz briqadalarını Türkiyə, Azərbaycan, İtaliya və digər ölkələrin ərazilərindən idarə edirlər. Lakin Rusiyanın güc strukturları da öz tədbirlərini görürlər, "vor zakon"ların telefonlarını dinləməyə qoyurlar.