Azərbaycanda dollar kreditlərinə görə kompensasiya vətəndaşların kart hesablarına köçürüləcək


Digərləri 01 Mar 2019 13:34:00 383 0

Azərbaycanda dollar kreditlərinə görə kompensasiya vətəndaşların kart hesablarına köçürüləcək

Prezident İlham Əliyevin ötən gün imzaladığı, "Fiziki şəxslərin problemli kreditlərinin həll edilməsi ilə əlavə tədbirlər haqqında" fərmana uyğun olaraq, Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Mərkəzi Bankı və banklar birlikdə hər bir vətəndaşın yeni qaydada kredit öhdəliyini və yaxud ona ödənilməli olan kompensasiyanın məbləğini hesablayacaq. 

Son.az Report-a istinadən bildirir ki, bu barədə Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov AzTV-də çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, əldə olunan məlumatlar fərdi qaydada vətəndaşlara çatdırılacaq. Bundan sonra borcluların bir qismi banklara dəvət olunacaq.