Rakitiç İspaniyadan ayrılmaq istəmir


İdman 01 Mar 2019 13:17:00 492 0

Rakitiç İspaniyadan ayrılmaq istəmir

Barcelona-nın yarımmüdafiəçisi İvan Rakitiç klubunu dəyişəcəyi xəbərinə münasibət bildirib.

Goal.az xəbər verir ki, xorvat futbolçu İspaniyada qalmaq istədiyni deyib.

“Bura mənim xoşuma gəlir. İspaniya vətəndaşı olmağı çox istərdim. Xorvatiya və İsveçrə vətəndaşlığım var. Təəssüf ki, üçüncü bir ölkənin vətəndaşı olmaq mümkün deyil. Ailəm də burada özünü rahat hiss edir. Qızlarım Barcelonanı bəyənir. İspaniya mənim üçün ideal variantdır”,- xorvat futbolçu deyib.

Xatırladaq ki, Rakitiçin İnter-ə keçəcəyi deyilirdi.