Dövlət Turizm Agentliyi Çindən turist axını olacağını bəyan edib


Digərləri 01 Mar 2019 13:33:00 274 0

Dövlət Turizm Agentliyi Çindən turist axını olacağını bəyan edib

Dövlət Turizm Agentliyi və Çinin Mədəniyyət və Turizm Nazirliyi arasında "Cinli turistlərin Azərbaycana qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu”na əsasən yaxın illərdə Azərbaycana gələcək çinli turistlərin sayı 200 min nəfərə çata bilər.

Bakı. İlhamə İsabalayeva - Dövlət Turizm Agentliyi və Çinin Mədəniyyət və Turizm Nazirliyi arasında "Cinli turistlərin Azərbaycana qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu”na əsasən yaxın illərdə Azərbaycana gələcək çinli turistlərin sayı 200 min nəfərə çata bilər. Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib. Onun sözlərinə görə, 2018-ci ildə bu istiqamətdə 50% artım müşahidə olunub: "İndi isə biz Çindən Azərbaycana bir neçə dəfə çox turist gələcəyini deyə bilərik. Çin ölkəmizə turistlərin cəlb edilməsi üçün əsas prioritet bazarlardan biri seçilib. Ümumilikdə, 12 hədəf istiqamət mövcuddur. Bura həm post sovet məkanı, həm Asiya, həm Avropa, həm Yaxın Şərq daxildir. Çin də daxil olmaqla artıq altı ölkədə Azərbaycanın rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir. Yaxın gələcəkdə daha 4 ölkədə nümayəndəliyimiz açılacaq”.