FHN yanğınsöndürməyə dair praktiki məşğələlər keçirir


Digərləri 01 Mar 2019 13:27:00 283 0

FHN yanğınsöndürməyə dair praktiki məşğələlər keçirir

Fövqəladə Hallar Nazirliyinin Qaradağ yanğınsöndürmə bölməsi Holcim-in Qaradağ Sement zavodunda təlim keçirib.

Bakı. Fövqəladə yanğın hadisələrində çevik reaksiya verilməsi bacarığı önəmlidir və buna yalnız praktiki məşğələrlə nail olmaq olar. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Qaradağ yanğınsöndürmə bölməsi Holcim-in Qaradağ Sement zavodunda təlim keçirib. Təlim ssenariyə uyğun olaraq zavod ərazisində yanğın baş verməsi barədə FHN-in “101” qaynar xəttinə məlumatın daxil olması ilə başlayıb. Daxil olmuş zəngə əsasən FHN Yanğından Mühafizə Bölməsinin qüvvələri şərti hadisə yerinə cəlb olunub. İki mərhələdə keçirilən təlimin birinci mərhələsində İnzibati binada olan insanların təhlükəsiz əraziyə təxliyəsi, zavodun yanğınsöndürmə manqası tərəfindən ilkin yanğınsöndürmə vasitələri tətbiq edilməklə kiçik həcmli yanğının yayılmasının qarşısının alınması üzrə tədbirlər yerinə yetirilib. İkinci mərhələdə Yanğından Mühafizə xidmətlərinin əməkdaşları ilə birgə şərti hadisə yerində nisbətən böyük yanğının söndürülməsi üzrə tədbirlər nümayiş etdirilib.