Huner Group-dan xüsusi təklif (FOTO)


Digərləri 01 Mar 2019 13:00:00 353 0

Huner Group-dan xüsusi təklif (FOTO)

Azərbaycanın inşaat sektorunda özünəməxsusluğu ilə seçilən Huner Group-dan sevindirici xəbər var.

Bakı. Azərbaycanın inşaat sektorunda özünəməxsusluğu ilə seçilən Huner Group-dan sevindirici xəbər var. 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz bayramı ilə əlaqədar hazır binadan mənzil alan müştərilərə 8 % endirim təklif olunur. Kampaniya Huner Group-un inşaat layihələrindən biri olan Park Tower yaşayış kompleksində yerləşən mənzillər üçün nəzərdə tutulub. Tikintisi tamamlanan yaşayış kompleksi Bakı Ağ Şəhərin baş planına uyğun olaraq layihələndirilib. Kompleksin müasir üslublu arxitektura konsepsiyası mühəndis və memarlıq layihələndirilməsi üzrə dünyanın tanınmış şirkəti ATKINS tərəfindən hazırlanıb. Park Tower yaşayış kompleksi Bakının ən iri parklarından biri olan Nizami Parkının önündə, Bulvar prospektini əhatəyə alan Park rayonunda yerləşir. Dəniz səviyyəsindən 25 metr yüksəklikdə yerləşməsi Nizami Parkına, yaraşıqlı Sahilyanı rayona və Bakı buxtasına açılan dəniz mənzərəsini təmin edir. Park Tower yaşayış kompleksinin əlverişli yerləşməsi Nobel prospektinə rahat çıxış imkanı verir, oradan da eyniylə həm şəhərin mərkəzinə, həm də Heydər Əliyev Beynəlxalq Hava Limanına getməyi asanlaşdırır.