Türkiyə parlamenti sədrinin Azərbaycana səfərinin tarixi məlum oldu


Siyasət 01 Mar 2019 12:57:00 405 0

Türkiyə parlamenti sədrinin Azərbaycana səfərinin tarixi məlum oldu

Türkiyə Böyük Məclisinin sədri Mustafa Şentopun Azərbaycana səfərinin tarixi məlum olub.

Son.az Report-a istinadən bildirir ki, səfər martın 5-7-də reallaşacaq.

Səfər zamanı M.Şentop Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.

Qeyd edək ki, bu, M.Şentopun Türkiyə Böyük Millət Məclisinin sədri təyin olunduqdan sonra xarici ölkəyə ilk səfəridir.

Son.az