XƏBƏRDARLIQ! Bazar günü hava şəraiti kəskinləşəcək


Digərləri 01 Mar 2019 12:54:00 306 0

XƏBƏRDARLIQ! Bazar günü hava şəraiti kəskinləşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti martın 3-də gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti martın 3-də gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Departamentdən Trend-ə verilən məlumata görə, xəbərdarlıqda deyilir ki, martın 03-də əsasən şimal və qərb rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.