Sənubər İsgəndərli: "Bizim sənət aləmində dostluğa ikrah hissi var..."


Şou-biznes 01 Mar 2019 12:44:00 365 0

Sənubər İsgəndərli: "Bizim sənət aləmində dostluğa ikrah hissi var..."

"Hegemon deyiləm, daxilimdə yoxdur. Mən də gənc olmuşam, kömək edən, yol göstərən olub. İndi onları sevərək xatırlayıramsa, niyə kiməsə ürək-dirək verməyim? Kiməsə dəstək olursan, tərifləyirsən və sevinir".

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri əməkdar artist Sənubər İsgəndərli AzTV-də "Gün başladı" proqramında deyib. Aktrisa sənət aləmindəki dostluqlardan söz açıb:

"Bizim sənət aləmində dostluğa ikrah hissi var. Çünki rəqabət var. Təki ağ paxıllıq olsun hər zaman. Amma mənim sənətdə dostum da var, ona inanıram da.