"Ermənistanda hakimiyyətin dəyişməsi Dağlıq Qarabağ münaqişəsinin..."


Siyasət 01 Mar 2019 12:49:00 332 0

"Ermənistanda hakimiyyətin dəyişməsi Dağlıq Qarabağ münaqişəsinin..."

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yeni imkanlar yaranıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu "Amerikanın səsi" radiostansiyasına müsahibəsində ATƏT-in Minsk qrupununun sabiq amerikalı həmsədri Ceyms Uorlik deyib.

C.Uorlik bildirib ki, yaranan yeni situasiya münaqişənin nizamlanması üçün imkanlar açır.

Sabiq həmsədr "yeni situasiya" dedikdə, Ermənistanda hakimiyyətin dəyişməsi ilə meydana gələn yeni imkanları nəzərdə tutduğunu qeyd edib:

"Əminəm ki, belə şəraitdə həmsədrlər iki ölkənin liderləri arasında rəsmi görüşün təşkili üzərində çalışırlar".

Son.az