Teymur Mustafayevin yaradıcılığına həsr olunmuş konsert


Kriminal 01 Mar 2019 12:39:00 341 0

Teymur Mustafayevin yaradıcılığına həsr olunmuş konsert

Fevralın 27-də Beynəlxalq Muğam Mərkəzində "Yaradanlar və yaşadanlar" layihəsi çərçivəsində keçirilən konsert  Xalq artisti Teymur Mustafayevin yaradıcılığına həsr olunub.

Tədbir Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Konsertdə  Xalq artistləri  Teymur Mustafayev "Sənsən", Gülyaz Məmmədova "İnsaf da yaxşı şeydir", Teyyub Aslanov "Meyvələrdən üç meyvə var", Gülyanaq Məmmədova "Ceyran",  Əməkdar artist Zakir Əliyev "Nazlana -Nazlana", Azərbaycan Televiziyası və Radiosunun solistləri - Mirələm Mirələmov "Süsən sümbül" və Rövşən Əziz "Segah" təsnifi mahnılarını ifa ediblər.

Konsertin son nömrəsi olan  "Sürməli qız " xalq mahnısı Gülyaz Məmmədova, Gülyanaq Məmmədova, Teymur Mustafayev və Teyyub Aslanovun ifasında səslənib.