İdman mütəxəssislərinə fəxri adlar verildi (FOTO)


Digərləri 01 Mar 2019 12:23:00 307 0

İdman mütəxəssislərinə fəxri adlar verildi (FOTO)

Bu gün Gənclər və İdman Nazirliyində “5 mart-Bədən tərbiyəsi və idman günü” münasibətilə əlaqədar idmanın inkişafında və təbliğində xidmətləri olan idman mütəxəssislərinə fəxri adların verilməsi mərasimi baş tutub.

Bakı. Bu gün Gənclər və İdman Nazirliyində “5 mart-Bədən tərbiyəsi və idman günü” münasibətilə əlaqədar idmanın inkişafında və təbliğində xidmətləri olan idman mütəxəssislərinə fəxri adların verilməsi mərasimi baş tutub. Trend-in məlumatına görə, tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin Azərbaycan idmanının inkiafı, idmançıların həyat şəraitinin yaxşılaşdırılması üçün diqqət və qayğısını əsirgəmədiyin, onlara qayğı göstərdiyini deyib. Daha sonra nazir müavini mükafatçıları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.