Son 10 gündə Bərdə doğum evində 4 körpə öldü


Digərləri 01 Mar 2019 12:29:00 294 0

Son 10 gündə Bərdə doğum evində 4 körpə öldü

Bərdə rayonunda daha bir doğuş zamanı uşağın ölümünə görə cinayət işi başlanılıb.

Son.az bildirir ki, Rayon Prokurorluğundan "qafqazinfo"ya verilən məlumata görə, fevralın 27-də Tərtər rayonu, Qarağacı kənd sakini, 1998-ci il təvəllüdlü Abdullayeva Elnarə Seymur qızının Bərdə Doğum Evində yeni doğulmuş qız uşağının ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə məhkəmə tibb ekspertizası təyin edilib. Doğum evində tərtib olunan sənədlər götürülüb və digər istintaq hərəkətləri yerinə yetirilib. İstintaq davam etdirilir.