Nərimanov rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil ediləcək


Digərləri 01 Mar 2019 12:27:36 313 0

Nərimanov rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil ediləcək

Bakı Şəhər İcra Hakimiyyəti ilə Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Nərimanov rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil ediləcək.

Bakı. Novruz bayramı ərəfəsində əhalinin ərzaq məhsulları ilə təminatınının yaxşılaşdırılması, o cümlədən çeşidini genişləndirməklə seçmək və əlverişli qiymətə almaq imkanının yaradılması məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti ilə Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Nərimanov rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil ediləcək. Trend-in məlumatına görə, yarmarkaya gələn vətəndaşlara respublikamızın bölgələrindən gətirilmiş məhsullar sərfəli qiymətə təklif ediləcək.