Sumqayıt məktəblərinin 20 faizi direktorsuz qalıb


Digərləri 01 Mar 2019 12:09:00 302 0

Sumqayıt məktəblərinin 20 faizi direktorsuz qalıb

Yerli KİV-də Sumqayıtda fəaliyyət göstərən 50 ümumtəhsil müəssisəsindən 30-nun direktoru olmaması barədə xəbərlər yayılıb. İddia olunur ki, direktor vəzifəsi yerlərinin boş qalmasının direktorların işə qəbulu vakansiyası ilə əlaqəsi yoxdur.

Son.az bildirir ki, nazirlikdən oxu.az-ın sorğusununa cavab olaraq bildirilib ki, Sumqayıtda 50 ümumtəhsil məktəbi var:

"Onlardan 10 məktəbdə hazırda direktor vəzifəsi vakantdır və bu vəzifə müvəqqəti olaraq direktor müavinləri və ya Təhsil Şöbəsinin metodistləri tərəfindən icra edilir. Təhsil Nazirliyinin 18.10.2018-ci il tarixli əmri ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi Qaydaları"na uyğun olaraq, vakant direktor vəzifələri ötən ilin noyabr ayında müsabiqəyə çıxarılıb".