Qubada həyətdə aşkarlanan qonur ayı Reabilitasiya Mərkəzinə təhvil verildi


Digərləri 01 Mar 2019 11:49:00 376 0

Qubada həyətdə aşkarlanan qonur ayı Reabilitasiya Mərkəzinə təhvil verildi

Quba sakininin həyətində aşkarlanan qonur ayı Reabilitasiya Mərkəzinə təhvil verilib.

Son.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Quba rayonunda fərdi təssərrüfatlardan birində saxlanılan qonur ayı nazirliyin əməkdaşları tərəfindən götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verilib.