Ali məktəblərlə bağlı yeni həvəsləndirici mexanizmlər hazırlanacaq


Digərləri 01 Mar 2019 11:46:45 328 0

Ali məktəblərlə bağlı yeni həvəsləndirici mexanizmlər hazırlanacaq

Azərbaycanın ali təhsil müəssisələrində tədqiqat və ixtira fəaliyyətinin genişləndirilməsi üçün həvəsləndirici mexanizmlərin hazırlanması planlaşdırılır.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanın ali təhsil müəssisələrində tədqiqat və ixtira fəaliyyətinin genişləndirilməsi üçün həvəsləndirici mexanizmlərin hazırlanması planlaşdırılır. Trend-in məlumatına görə, bunu təhsil nazirinin müavini Firudin Qurbanov “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” adlı layihənin açılış mərasimində çıxışı zamanı deyib. Onun sözlərinə görə, ali təhsil müəssisələrində tədqiqat və ixtira fəaliyyətinin genişləndirilməsi üçün “Açıq İnnovasiya” konsepsiyasının hazırlanması da nəzərdə tutulur. Nazir müavini hesab edir ki, bu, mövcud tədqiqat və ixtira imkanlarından daha yaxşı istifadə edilməsinə və yeni investisiyaların stimullaşdırmasına imkan yaradacaq.