Nənəsinin sevgilisi tərəfindən zorlanan 11 yaşlı qız doğdu


Dünya 01 Mar 2019 10:49:00 303 0

Nənəsinin sevgilisi tərəfindən zorlanan 11 yaşlı qız doğdu

Argentinada biabırçı hadisə baş verib.

Son.az ölkə.az-a istinadən bildirir ki, 11 yaşlı qız nənəsinin 65 yaşlı sevgilisi tərəfindən zorlanıb. Sonra isə hamilə qalan uşaq dünyaya körpə gətirib. Həbs edilən cani isə həbsxanaya göndərilib.

Hadisə Tukuman şəhərində baş verib. 11 yaşlı qız nənəsinin 65 yaşlı sevgilisi Eliseo Viktor Amaya tərəfindən zorlanıb. Uşaq qarın ağrısı diaqnozu ilə xəstəxanaya aparılıb və onun 23 həftəlik hamilə olduğu üzə çıxıb. İfadə verən qız 65 yaşlı Eliseo tərəfindən zorlandığını bildirib. Polis Eliseonu saxlayıb və məhkəmənin hökmü ilə həbs edərək həbsxanaya göndərib.