Azərbaycanlı sənətçi Vyana balını fəth etdi


Digərləri 01 Mar 2019 10:00:00 412 0

Azərbaycanlı sənətçi Vyana balını fəth etdi

Avstriyanın paytaxtı Vyanadakı Dövlət Operasında 63-cü Vyana Opera Balı açılıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Avstriyanın dünyaca məşhur və ən önəmli dövlət balının əsl ulduzları rusiyalı opera müğənnisi Anna Netrebko ilə onun əri, azərbaycanlı sənətçi Yusif Eyvazov çıxış edib.

Balın ənənəvi konsepsiyasında məşhur opera sənətçilərinin çıxışlarından ibarət proloq var.

İlk əvvəl Yusif Eyvazov Cakomo Puççinin "Turandot" operasından Kalafın "Nessun Dorma" ariyasını ifa edib, sonra isə Anna Netrebko bala toplaşanları Luici Arditinin "İl bacio" mahnısı ilə feyziyab edib.

Sonda onlar Cakomo Puççinin "Bohema" operasından "O soave fanciulla" ariyasını birlikdə ifa ediblər.