"Qırmızı baron" 30 milyonluq villada müalicə olunur


Digərləri 01 Mar 2019 09:40:00 324 0

"Qırmızı baron" 30 milyonluq villada müalicə olunur

Beynəlxalq "Formula-1" avtoçempionatının canlı əfsanəsi, yeddiqat dünya çempionu Mixael Şumaxer ötən ilin sonlarında xanımı Korinnanın 30 milyon dollara satın aldığı villada müalicə olunur.

Son.az Daily Mail-ə istinadən bildirir ki, superlüks villa İspaniyanın Malyorka kurortunda, Port-d-Antraks adasındadır.

"Qırmızı baron" kimi tanınan 50 yaşlı sabiq pilotun müalicəsi ilə həkimlər komandası məşğul olur.

Mixael Şumaxer 2013-cü ildə Fransız Alplarında xizəklə sürüşəndə başı qayaya dəymiş, ağır xəsarət alaraq komaya düşmüşdü. O, hələ də ağır vəziyyətdədir.


Xəbərə aid fotolar