Dövlət peşə təhsili müəssisələrinin nizamnaməsi təsdiq edildi


Digərləri 01 Mar 2019 09:28:00 318 0

Dövlət peşə təhsili müəssisələrinin nizamnaməsi təsdiq edildi

"Dövlət və bələdiyyə tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin təsdiq edilməsi və "İlk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 29 dekabr tarixli 359 nömrəli Qərarında dəyişiklik edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən "Dövlət və bələdiyyə tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi" təsdiq edilib.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları tabeliklərində olan peşə təhsili müəssisələrinin (cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələri və xüsusi peşə təhsili müəssisələri istisna olmaqla) nizamnamələrini (nizamnamələrində dəyişiklikləri) iki ay müddətində təsdiq etməlidir.