Avropa turistsiz qaldı - Pakistan hava məkanını bağladığı üçün


Digərləri 01 Mar 2019 09:29:08 305 0

Avropa turistsiz qaldı - Pakistan hava məkanını bağladığı üçün

Tailandın “Thai Airways” şirkəti Avropanın bir neçə şəhərinə və əks istiqamətdə olan onlarla reysi təxirə salıb

Bakı. Orxan Nəbiyev - Tailandın “Thai Airways” şirkəti Avropanın bir neçə şəhərinə və əks istiqamətdə olan onlarla reysi təxirə salıb. Trend-in məlumatına görə, buna Kəşmir böhranı ilə əlaqədar Pakistanın hava məkanını bağlaması səbəb olub. Qeyd olunur ki, ötən gündən başlayaraq nəzərdə tutulmuş London, Paris, Brüssel, Milan, Münhen və Frankfurt şəhərlərinə və əks istiqamətdə uçuşlar ləğv edilib.