Qara dənizdə köpəkbalığının nadir növü tapılıb


Digərləri 01 Mar 2019 07:48:00 288 0

Qara dənizdə köpəkbalığının nadir növü tapılıb

Gürcüstanın Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyinin ekspertləri Qara dənizdə nadir köpəkbalığı növü hesab olunan katran tapıblar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dəniz məməlisinin uzunluğu 1,5 metrdən çoxdur. Baxmayaraq ki, əksər köpəkbalığı cinsində erkək katranın uzunluğu 90 santimetr, dişi katranın uzunluğu isə 105 santimetr olub.

Qara Dənizdə Balıqçılıq Departamentinin rəhbəri Arçil Quçmanidze deyib ki, mütəxəssislərin fikrincə bu növ köpəkbalığının adı "Qırmızı kitab"a daxil olunmalıdır. Ona görə ki, köpəkbalığının bu növünə artıq nadir hallarda rast gəlinir.