İtaliya avrozonanın digər ölkələri üçün təhlükə yaradan böyük iqtisadi qeyrisabitliklə üzüzədir


Dünya 01 Mar 2019 08:07:00 312 0

İtaliya avrozonanın digər ölkələri üçün təhlükə yaradan böyük iqtisadi qeyrisabitliklə üzüzədir

İtaliya böyük iqtisadi qeyri-sabitlik yaşayır. Yüksək dövlət borcu, zəif məhsuldarlıq dinamikası hələ də qeyri-işlək kreditlərin və işsizliyin yüksək səviyyəsi fonunda trans-sərhəd əhəmiyyətli təhlükələrin olduğunu deməyə əsas verir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Avropa Komissiyasının İtaliyaya dair hesabatında deyilir. Bildirilir ki, yaxın illərdə İtaliyanın dövlət borcunun azalması gözlənilmir. Belə ki, hökumətin 2019-cu il üçün ilkin planları ilə müqayisədə məhdud olan zəif makroiqtisadi perspektivlər və onun cari büdcə planı əsas profisitin pisləşməsi ilə nəticələnəcək.