Saatlı sakininin çantasından 7 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb


Digərləri 01 Mar 2019 04:58:36 399 0

Saatlı sakininin çantasından 7 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb

Saatlı sakininə məxsus qızıl-zinət əşyaları oğurlanıb.

Bakı. Saatlı sakininə məxsus qızıl-zinət əşyaları oğurlanıb. DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Trend-ə verilən məlumata görə, Saatlı rayonunun Dədə Qorqud kənd sakini olan bir qadın fevralın 27-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus çantadan 7000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Saatlı RPŞ-nin əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Dədə Qorqud kənd sakini Roman Cahangirov saxlanılıb.