İnsanın fitrətində günah yoxdur


Digərləri 28 Fev 2019 23:50:00 230 0

İnsanın fitrətində günah yoxdur

Allah insan fitrətinə ədaləti istəmək, haqqa can atmaq, insaf, mərdlik, dostluq, mərhəmət, Allaha pərəstiş etmək, yaxşılığa və fəzilətə meyil etmək və bir çox belə müsbət keyfiyyətlər qoymuşdur.

Son.az deyerler.org-a istinadən bildirir ki, ancaq insan özünü tanıdıqdan sonra bəzi rəzil sifətlər onu əhatə edər. O cümlədən: təkəbbür, paxıllıq, kin, rahatlığını düşünmək, özünə sitayiş... və bu kimi. Bu sifətlər onu paklıqdan uzaqlaşdırar və rəzilliyə tərəf çəkər. Əgər insan pak qala bilərsə - o, təqva əhli olar. Yox, əgər bu rəzil sifətlər ona nüfuz etməyi bacararsa - günah əhli olar.

Bəs günah insanın başına hansı bəlaları gətirə bilər?

Allah Təala Quranda buyurur: "Sizə yetişən müsibətlər, özünüzün qazandığınız günahlara görədir və O, (hələ) onların çoxundan keçir". ("Şura" 30).

Günahın insana gətirdiyi bəlaların bəzisi ilə tanış olaq:

- Ümidsizlik.

- Qorxu.

- Duanın yerinə yetməməsi.

- Yaxşı insanların gözündən düşmək.