Nəsimi soyularaq edam edilib, yoxsa...


Digərləri 28 Fev 2019 23:57:00 296 0

Nəsimi soyularaq edam edilib, yoxsa...

İmadəddin Nəsiminin dərisinin öldürüldükdən sonra soyulması, yoxsa dərisinin soyularaq edam edilməsi müzakirəsinə daha bir alim qoşulub.

Son.az axar.az-a istinadən bildirir ki, Bakı Dövlər Universitetinin Ərəb filologiyası kafedrasının professoru, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Ədəbi mərasimlər və nəşrlər şöbəsinin müdiri, filologiya elmləri doktoru Aida Qasımova Nəsiminin soyularaq edam edildiyini bildirib.

O qeyd edib ki, professor Qəzənfər Paşayev və digər alimlər Nəsiminin öldürülüb sonra dərisinin soyulmasını bildirmişlər:

"Dəyərli alimlərimizin nəsimişünaslıqda xidmətləri inkaredilməzdir. Onların bu fikrə gəlməsinə səbəb ərəb mənbələrində yer alan Sultan Müəyyədin əmrində "Öldürülsün və dərisi soyulsun" yazılmasıdır. Yəni əvvəl "öldürülsün", sonra "dərisi soyulsun" yazılmasıdır. Amma bu doğru fikir deyil. Mənim fikrimcə, Nəsiminin dərisi soyulmaqla qətlə yetirilməsi şübhə doğurmamalıdır".