Bu 16 amil insanı Allahın qürb məqamına yaxınlaşdırar


Digərləri 28 Fev 2019 23:40:00 259 0

Bu 16 amil insanı Allahın qürb məqamına yaxınlaşdırar

Qurani-Kərim kamil səma Kitabı olaraq, bizlərə Allaha yaxın olmağın yollarını göstərir və bizi bu yollara tərəf hidayət edir. Quran buyurur ki, hər kim Allaha yaxın olarsa, İlahi sifətlərə bürünər.

Son.az deyerler.org-a istinadən bildirir ki, əməldə Allahı razı salan əməllər yerinə yetirər. Danışan zaman Allahın dili ilə danışar. Belə ki, Allah bu insanda Öz sifətlərini təcəlli etdirər. Bu insan yer üzərində Allahın xəlifəsi olar.

"Onlardır həqiqi möminlər! Onlar üçün Rəbblərinin yanında (dünyada və axirətdə Allaha yaxınlıq və mənəvi kəramətlərdən ibarət) dərəcələr, bağışlanma, gözəl və bəyənilmiş ruzi vardır". ("Ənfal" 4).

"İman gətirən, hicrət edən və Allah yolunda malları və canları ilə cihad edənlərin Allah yanında məqam və dərəcələri çox böyükdür və onlar həmin nicat tapanlardır". ("Tövbə" 20).

1. Allaha yaxınlaşmağın ilk amili - iman və itaətdir. Hər kim Allaha iman bəsləyər və imanı səbəbindən Ona itaət edərsə, Allaha bir addım yaxın olar.

"Və onlara ayələrimizi (səmavi kitabın maarifini, yaxud duanın qəbul olunması məqamını) verdiyimiz, lakin (etiqadda küfr və əməldə nankorluq nəticəsində) onlardan xaric olan, beləliklə şeytan təqibinə məruz qalan və nəhayət yolunu azanlardan olan şəxsin (Musanın zamanında yaşamış alim Bəl'əm Bauranın) hekayətini oxu. Əgər istəsəydik, həmin ayələrin vasitəsi ilə onu(n məqamını) mütləq (məcburi şəkildə) ucaldardıq. Lakin o(nu bəşəriyyətin yol seçməkdə ixtiyar sahibi olması ənənəsinə uyğun olaraq azad qoyduq və o) alçaqlığa meyil edərək, yerə ürək bağladı və öz nəfsi istəklərinə tabe oldu.

Buna görə də onun hekayəti (o) susuz və ya yorğun itin hekayətinə bənzəyir ki, ona hücum etsən də dilini çıxarar, boşlasan da dilini çıxarar (bu şəxsi qorxutmağınla nəsihət verməyin - birdir). Bu, Bizim ayələrimizi təkzib etmiş dəstənin məsəlidir. Odur ki, bu hekayəti nəql et, bəlkə düşündülər". ("Əraf" 175-176).

2. Allah yaxınlaşmağın ikinci addımı - İlahi ayələrə əməl edib, Quranın ardıcılı olmaqdır.

3. Bundan sonrakı addım - təqvadır. Hər kim imana malik olar, Allaha və Qurana itaət edər və buyurduqlarına əməl edər - təqvaya sahib olar. "De: "Sizə bunlardan da xeyirlisini xəbər verimmi? Təqvalılar üçün Rəbbi yanında (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlər vardır ki, orada əbədidirlər. Həmçinin (orada cismi və ruhi çirkinliklərdən) pak olan zövcələr və Allah tərəfindən razılıq vardır. Allah Öz bəndələrini görəndir"". ("Ali-İmran" 15).

4. Sonrakı addım - Qiyamətə diqqət etməkdir. "Elə isə əgər kafir olsanız, uşaqları (qorxunun şiddətindən) ağ saçlı qocaya döndərən gün(ün əzabın)dan necə qorunacaqsınız?! Göy o günün (şiddətinin) səbəbindən yarılacaqdır. (Bəli,) Onun vədi yerinə yetəsidir.

Həqiqətən, bu (ayələr) öyüd-nəsihətdir, belə isə, kim istəsə öz Rəbbinə tərəf bir yol tutar (seçər)". ("Muzzəmmil" 17-19).

5. Allahı razılığını qazanmağa çalışmaq - sonrakı addımdır. "Belə isə, heç Allahın razılığına tabe olan şəxs, (haqqa) Allahın qəzəbi ilə qayıtmış və yeri cəhənnəm olan şəxs kimidir?! Ora çox pis bir dönüş yeridir". ("Ali-İmran" 162).

6. Allah qorxusu, Onun qəzəbindən xof - növbəti addımdır. "Onun rəhmətinə ümid bəsləyir və Onun əzabından qorxurlar. Həqiqətən sənin Rəbbinin əzabı qorxulası və çəkiniləsidir". ("İsra" 57).