İstixarə namazı necə qılınır?


Digərləri 28 Fev 2019 23:20:00 1603 0

İstixarə namazı necə qılınır?

Öncə bunu qeyd edək ki, dini kitablarda Qurani-Kərim, təsbeh və püşk vasitəsi ilə istixarə etmək barədə məlumat verilib. Bunların hər birinin fərqli qaydaları dini mənbələrdə göstərilib.

Son.az islam.az-a istinadən bildirir ki, bunlardan başqa "istixarə namazı" adlı xüsusi namaz da vardır. Hər hansı məsələ barədə qəti qərara gələ bilməyən adam istixarə niyyəti ilə 2 rükət namaz qılır. Bu namazın qılınma qaydası sübh namazı kimidir. Namazı qılıb qurtardıqdan sonra Həzrət Fatimənin (ə) təsbihatını (34 dəfə "Allahu əkbər", 33 dəfə "Əlhəmdu lillah" və 33 dəfə "Sübhan Allah") oxuyub səcdəyə getmək və səcdədə 100 dəfə demək lazımdır: "Əstəxirüllahə birəhmətihi xiyərətən fi afiyəh". Bundan sonra Allah insanın qəlbinə həmin çətin vəziyyətdən çıxış yolunu ilham edir. İnsan öz ürəyinin səsinə qulaq asıb, həmin yolu seçməlidir.