Çavuşoğlu və Lavrov Suriyanı müzakirə etdi


Dünya 28 Fev 2019 22:57:00 219 0

Çavuşoğlu və Lavrov Suriyanı müzakirə etdi

Türkiyə və Rusiya xarici işlər nazirləri - Mövlud Çavuşoğlu və Sergey Lavrov arasında telefon danışığı olub.

Son.az "Report"a istinadən bildirir ki, tərəflər Suriyadakı sülh prosesinin cari vəziyyəti, Astana formatı çərçivəsində göstərilən səylərlə bağlı fikir mübadiləsi aparıblar.

Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, tərəflər həmçinin Suriyadakı vəziyyəti ən qısa müddət ərzində sabitləşməsi və siyasi həll prosesinə dəstək vermək üçün bu ölkədə terrorçu qruplara qarşı mübarizədə ortaq yanaşma göstəriblər.