Naxçıvan əhalisi arasında ölüm göstəricisi azalıb


Digərləri 28 Fev 2019 22:48:00 245 0

Naxçıvan əhalisi arasında ölüm göstəricisi azalıb

2018-ci ildə Naxçıvan Muxtar Respublikasında 2600 nikah bağlanıb, nikaha girənlərdə orta yaş həddi kişilərdə 28 yaş, qadınlarda isə 23,6 yaş təşkil edib. 2009-cu ildən 1 yanvar 2019-cu il tarixə muxtar respublikada 30 min 471 nikah qeydə alınıb.

Son.az "Report"a istinadən bildirir ki, əhali sağlamlığının və rifahının davamlı yüksəlişi, tibbi xidmətlərin keyfiyyətinin və əhatəliliyinin artırılması ölüm göstəricisini aşağı salıb. Belə ki, əgər 2008-ci ildə ölüm göstəricisi əhalinin hər min nəfərinə hesabı ilə 5,6 nəfər olubsa, hazırda bu göstərici 4,5 nəfər təşkil edir.