Bu içki ilə 18 yaşında hiss edin –


Digərləri 28 Fev 2019 22:25:00 201 0

Bu içki ilə 18 yaşında hiss edin –

Zəiflik və yorğunluq hiss edirsiniz? Artıq çəkidən xilas olmaq istəyirsiniz?

Son.az medicina.az-a istinadən bildirir ki, alma sirkəsi ilə hazırlanan detoks içkiləri tam sizin üçündür.

Orqanizmin özünün təmizləmə sisteminin olmasına baxmayaraq, ona müxtəlif yollarla toksinlər daxil olur və toplanır. Buna görə də hərdən insan orqanizmi əlavə köməyə ehtiyac duyur.   Sizə təqdim etdiyimiz bu detoksla həzmi sürətləndirə, qəbizlik problemindən azad ola və orqanizminizi təmizləyə bilərsiniz.

Alma sirkəsi

Əgər siz təmiz və filtirasiya olunmamış alma sirkəsi tapa bilsəniz, bu lap yaxşı olar. Onun tərkibindəki faydalı bakteriyalar bağırsağın normal fəaliyyəti üçün əhəmiyyətlidir. Alma sirkəsinin tərkibində olan faydalı bakteriyalar və turşu toksinlərin bədəndən atılmasına kömək edir. Alma sirkəsi bağırsaqda normal yolla zərərli bakteriyaları məhv edən ferment sintezini təmin edir.

Qırmızı acı bibər

Bu bibər orqanizmi təmizləyərək onu bakteriyalardan və toksinlərdən azad edir.

Təbii bal

Bal alma sirkəsi ilə birlikdə qeyri-adi vəhdət yaradır. Onun tərkibindəki vitaminlər, qidalı maddələr orqanizmin enerji səviyyəsini artırır. Bundan əlavə, həmin maddələr həzm sisteminə yaxşı təsir edir, Antioksidant və antibakterial xüsusiyyətlərə malikdir.