Dağ kəndlərinə güclü qar yağdı, nəqliyyatın hərəkəti məhdudlaşdı


Digərləri 28 Fev 2019 22:26:00 204 0

Dağ kəndlərinə güclü qar yağdı, nəqliyyatın hərəkəti məhdudlaşdı

Səhər saatlarından yağmağa başlayan qarın qalınlığı 40-50 sm-ə çatıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, güclü qar Tovuzun dağ kəndlərinə, xüsusilə də Molla Ayrım, Hacı Həsənli, Kirən, Soflar, Xatıncan və Qalaboyuna gedən əsas yolda sürücülərə çətin anlar yaşadıb. Əksər yerlərdə isə qarın qalınlığı 20-30 sm təşkil edib. Sürücülər bildirirlər ki, daha çox səhər və axşam saatlarında çətinliklə üzləşirlər. Hava soyuq olduğuna görə yollar buz bağlayır.