“Qobustan palçıq vulkanları” geoloji parkı


Digərləri 28 Fev 2019 22:19:00 238 0

“Qobustan palçıq vulkanları” geoloji parkı

Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin yeni bir növü - geoloji parklar yaradılır.

Son.az Trend-ə istinadən bildirir ki, bununla bağlı "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" qanuna dəyişikliklər edilir.

Qanuna təklif edilən yeni əlavəyə əsasən, geologi parklar xüsusi geoloji, coğrafi, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət obyektlərinin yerləşdiyi təbiəti mühafizə, maarifçilik, elmi, mədəni, turizm və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi müəssisə və ya təşkilat statusuna malik olan ərazilərdir.